Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən bazasının hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. "TASS" agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib. "Rusiya hərbçisinə hücum edən şəxs Gümrü şəhərinin polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl məişət zəminində törədilib", - deyə mətbuat xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib. Onun meyiti şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.
**** 21.11
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgərinin qətli ilə bağlı cinayət işi başlanıb. APA-nın "NEWS.am"-a istinadən verdiyi xəbərə görə, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir. 
**** 19.51
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb. APA-nın "NEWS.am"-a istinadən verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb. Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB