Ekspert: “Əgər bunlar özlərini belə ağıllı hesab edirlərsə....” MÜNASİBƏT
"Dünən Moskvadan belə bir xəbər yayıldı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir və dərhal da, Ermənistanın ağlsız və məntiqsiz təbliğat maşını sanki bir işarə ilə xoda düşdü. Bu gün isə ağıllarına və ağızlarına nə gəlib yazırlar. Guya biz çətin durumdayıq, ötən ilin aprel ayında hansısa uğursuzluğa düçar olmuşuq və bu kimi əsassız iddialar və fikirlər. Aydın məsələdir ki, bunlar özlərindən "qəhrəman obrazı" yaratmağa çalışırlar. Çünki, bunlarda əsl xəstə erməni xisləti və tərbiyyəsi var. Məqsədləri də, guya Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaqdır. Əslində isə, özləri bütün güclərini havadarları ilə bərabər işə salıblar ki, hazırkı "status-kvo" dəyişməz qalsın, vaxtı maksimum uzatsınlar və yenə bəlkə ağalarının Qərbdən və Şimaldan verəcəkləri tapşırıqları yerinə yetirdilər, əvəzində ağızlarına silahdan, maliyyə vəsaitlərindən nə isə atdılar". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri növbəti görüşlərə müəyyən şərtlər altında qatılmalıdır: "Biz qarşı tərəfə və xüsusən də danışıqları süni sürətdə uzadan Rusiya başda olmaqla ATƏT-in özünə və bivec Minsk qrupuna sərt şəkildə bildirməliyik ki, özlərini bir balaca yığışdırsınlar. Mənasız, vaxt uzatmağa, daha çox işğalçını şirkinləndirən belə hərəkətlərə son qoyulsun. 20 ildən artıqdır ki, bu yaramaz erməni siyasətçiləri başa sala bilmirlər ki, nəhayət ki, beynəlxalq hüquq və normalara hörmətlə yanaşsınlar. Əgər bunlar özlərini belə ağıllı hesab edirlərsə, qoy barmaqlarını qatlayıb desinlər ki, bu illər ərzində hansısa müsbət irəliləyiş əldə ediblər. Hər iki tərəfdən necə ölən və yaralananlar olurdusa, o vəziyyət bu gün də davam edir. Formal xarakterli danışıqlarla hər dəfə vaxt qazanır, öz bəzi çirkin məqsədlərini həyata keçirə-keçirə düşməni gah silahlandırırlar, gah da ona haqq qazandırmağa uğursuz cəhdlər edirlər. Azərbaycan xalqının da səbri sonsuzluğa qədər davam edə bilməz. Ona görə də, yaxşı olardı ki, biz nəhayət ki, bu məasız danışıqlar prosesindən imtina edərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB