Türkiyə və Macarıstanla bağlı müzakirələr aparılacaq

Türkiyə və Macarıstanla bağlı müzakirələr aparılacaq

Avropa parlamenti aprelin 26-da Brüsseldə Türkiyə və Macarıstanla bağlı müzakirələr aparacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, debatlar Türkiyədə yaranmış situasiya və Macarıstanda hakim partiyanın addımları ilə bağlıdır.

Debatlar Türkiyədə dövlət çevrilişinə cəhddən sonra aparılan repressiyalar və Macarıstanda milyarder Corc Sorosa məxsus Mərkəzi Avropa Universitetinin bağlanmasına görə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə