Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə "Tədbirlər Planı"na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə narkomaniyanın insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirləri əks etdirən "Həyatla oyun" adlı maarifləndirici tamaşa nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Penitensiar xidmətin əməkdaşları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri və Bakı Uşaq Teatrının rəhbər kollektivi iştirak edib.
Tamaşa müəssisədə cəza çəkən məhkumlar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda məhkumlara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası tərəfindən hazırlanmış maarifləndirici çap məhsulları paylanılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB