BAXCP rəsmisi: “Milli Şura" adını dəyişib, "Əli Kərimli Şurası" olub” AÇIQLAMA
"Gənc fəal Elvin Babayevin sosial şəbəkədəki istefa səbəblərini oxudum. Açıq şəkildə yazıb ki, Əli Kərimli İran molla rejiminin təsirindədir və mollaların tapşırıqlarını yerinə yetir. Onun özü istefasının səbəbini bununla əlaqələndirib". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Əli Kərimlinin aprel 8-də keçirdiyi mitinq iştirakçılarının tərkibinə baxanda Elvin Babayevin tam haqlı olduğunu demək olar: "Mitinqə gələnlərin böyük əksəriyyəti İran molla rejiminin təsirində olan insanlar idi. Hamı da bilir ki, o qüvvələr birbaşa İrandan idarə olunur. Onlara icazə verilməsə idi, bir nəfəri belə mitinqə qatılmazdı. Əli Kərimli özünün ən yaxın adamı Qənimət Zahidin İrana göndərdiyi səfəri hər kəsin yadınadır. İçkiyə meyilli adam olan Qənimət Zahidin İran səfəri də Əli Kərimlinin İran əlaqələrinin olması faktıdır. "Milli Şura" adlanan qurum isə, artıq adını dəyişib olub, "Əli Kərimli Şurası". Çünki orada Əli Kərimlinin 5-3 nəfərindən başqa heç kim qalmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB