"Gürcüstanda erməni diasporunun Azərbaycana qarşı atacağı hər bir addım birbaşa Gürcüstanın dövlətçiliyinə qarşı yönələn addımdır. Gürcüstanla Azərbaycanın qarşı-qarşıya qoyulması ilə məhz bu xarakterli informasiyalardan irəli gəlir". Bunu SİA-ya siyasi-şərhçi Elçin Mirzəbəyli ermənilərin Azərbaycana qarşı Gürcüstandan istifadə etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu informasiyalar təxribat xarakterli ermənilərin özlərinin ötürdüyü məlumatlardır:
"Gürcüstanda erməni diasporu var. Hətta onlar orada ərazi iddiaları ilə çıxış edirlər ki, bu da Gürcüstanın ən çox ehtiyatlandığı faktorlardan biridir. Ermənilərin Gürcüstanda kompakt yaşadığı bölgədən Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri keçir. Vaxtilə onlar bu layihələrin, Bakı –Tbilisi-Qars kəmərinə qarşı etirazlar etsələr də, prinsip etibarı ilə sözügedən layihələrin hər biri gerçəkləşib".
Azərbaycanla ortaq əlaqələrin Gürcüstan üçün həyatı əhəmiyyət kəsb etdiyini deyən E. Mirzəbəyli söyləyib ki, Gürcüstanın bir dövlət olaraq həm təhlükəsizliyin təmin olunması, həm də iqtisadiyyatı bilavasitə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir: "Bu aspektdən siyasi müstəvidə monipulyativ davranışların baş verməsindən asılı olmayaraq Gürcüstanın təbii maraqları ölkənin Azərbaycanla münasibətlərinə xüsusi önəm verməyə vadar edir. Bu prosesin bünövrəsi o qədər sıx şəkildə qoyulub ki, hər hansı fundamental dəyişikliklər baş vermədən bu reallığı dəyişmək mümkün deyil. Ermənistanın və ermənilərin bu prosesə hə hansı təsir etmək imkanlarının olduğunu düşünmürəm. Ümumiyyətlə, bu məlumatların məhz ermənilər tərəfindən uydurulan təxribat olduğunu hesab edirəm. Düşünürəm Azərbaycan mətbuatı da belə təxribat xarakterli məlumatlara həssas yanaşmalıdır ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB