AXCP-dən növbəti istefa reallaşıb. Bu dəfə partiya sədri Əli Kərimlinin və "Milli Şura"nın sədri Cəmil Həsənlinin xəyanətkar fəaliyyətlərinə etiraz əlaməti olaraq gənc fəal Elvin Babayev hər iki qurumdan istefa verdiyini bəyan edib. SİA-nın əldə etdiyi məlumatına görə, bu barədə Ə.Kərimlinin sədri olduğu AXCP-yə alternativ fəaliyyət göstərən və sədri Razi Nurullayev olan AXCP-nin saytı yazır. Bildirilir ki, aprelin 8-də keçirilən uğursuz mitinqdən sonra onun öz tərəfdarları arasında narazılıqlar daha da kütləviləşib və AXCP Əli Kərimlinin radikal dini kəsimə qurumun fəaliyyətinə müdaxiləyə imkan yaratması partiyadaxili narazılıqlara səbəb olub. Artıq mitinqdən sonra bir neçə nəfərin həm AXCP-dən, həm də "Milli Şura" sıralarından getmələri barədə faktlar əldə olunub. Onlar arasında Elvin Babayevin də istefası qeyd olunur.
E.Babayev hər iki qurumdan ayrılmağının səbəbini bu təşkilatların, onların bir çox üzvləri və tərəfdarlarının radikal dinçilərin Azərbaycandakı nümayəndələri Tale Bağırzadəni və Abgül Süleymanovun çirkin təbliğatını dəstəkləməsi ilə izah edib. O, bundan sonra siyasi fəaliyyətini xarici agentlərə dəstək verənlərlə birgə davam etdirmək fikrində olmadığını bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB