Zakir Həsənov Əli Şəmxani ilə görüşüb

Zakir Həsənov Əli Şəmxani ilə görüşüb

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə tərəflər terrorizmin və güc tətbiqinin bölgə, ümumiyyətlə bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək, bu çağırışlara qarşı mübarizədə ölkələrimizin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə