Martın 14-də müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandı qəbul etdi. SİA-nın Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə
Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.
Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Seyid İmran Əli də görüşdə iştirak edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB