"İslam Həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" YENİLƏNİB - SƏS TV

"İslam Həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" YENİLƏNİB - SƏS TV

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Qafqaz Müsəlmanlar İdarəsinin təşkilatçılığı ilə " İslam Həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Millətlərarası multikulturalizmin və dini məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdulla, millət vəkilləri Bahar Muradova, Siyavuş Novruzov və digərləri iştirak edirlər.

Tədbirdə dövlət himni səsləndirilib.

Quran tilavatından sonra çıxış edən QMİ sədri Şüyxülislam Allahşükür Paşazadə bildirib ki, sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimiz İslam bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi O Bir Olan Yaradanımızın istəyidir:"Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tuğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir: "Multikulturalizm, ardınca İslam Həmrəyliyi İllərinin elan olunması Azərbaycan liderinin XXI əsrdə xüsusi bir missiya olaraq həyata keçirdiyi müdrik təşəbbüslər olub, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyevin İslam həmrəyliyi ili ideyası yalnız İslam dünyası daxilində olan həmrəyliyi deyil, İslam aləmi ilə digər dinlər, konfessiyalar arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür".
Beynəlxalq konfransda söz alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Prezidentinin 2017-ci ili "İslam Həmrəyliyi"ili elan etməsinin siyasi iqtisadi, mənəvi əhəmiyyəti var: "Bu gün dünyanın özünün problemləri var. Lakin illər öncə insanlıq qarşısında olan problemlərlə bu günkü problemlər arasında çox böyük fərq var. Bu gün dünyamız özünün gərgin mərhələsini yaşayır. Dünyada terror təcavüzlərinin olduğunu görürük.Hazırda 67 ölkədə silahlı toqquşmalar var. Bu gün dünyada münaqişələr süni şəkildə qızışdırılıraraq, onun daha iri həcmdə olmasına şərait yaradılır. Bu gün islamafobiya adı ilə İslam dini gözdən salınır, islamı terrorla bağlayırlar. İslam dünyası nə qədər bir olarsa, beynəlxalq miqyasda təzyiqlərə kollektiv cavab verə bilər".

Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevisə çıxışında hazırda "Azərbaycan multikulturalizmi" fənni dərsliyinin hazırlanması üzərində iş aparıldığını deyib. K.Abdulla söyləyib ki, bu dərslik Azərbaycan multikulturalizmi fənninin bütün sahələrini əhatə edəcək: "Dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri - məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər".

Konfransda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, bu gün bizi çox ciddi, insanlığı kataklizmə sürükləyən çağırışlar təhdid etməkdədir: "Bəs biz bu çağırışların qarşısına nə ilə çıxırıq? İslam həmrəyliyi ilə, multikultural dəyərlərin təbliği ilə, dini, etnik, milli dözümlülüklə, səninlə bir ərazini bölüşən digər xalqların və millətlərin nümayəndələrinə hörmət hissi ilə yaşamaq, onların mədəniyyətlərinə hörmət hissi ilə yaşamaqla. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır".

Vitse spiker söyləyib ki, Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin min illiklər boyu formalaşmış münasibətlərinə, birgə yaşayıq qaydalarına və onlar arasında harmoniyaya əsaslanır: "Yəni bu bizə kənardan gəlmə, yad fikir deyil, bu bizim həyat tərzimizdir, özümüzü ifad formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca bir səslə həm multikultural dəyərlərin daşıyıcısı və nümunəsini ortaya qoymuş bir öklə kimi, eyni zamanda islam həmrəyliyi mövzusunu, islam həmrəyliyi çağırışını irəli sürə bilir".

Tədbirdə çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ölkəmizdə İslam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir: "Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricilərdən biridir. Bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir. Bəşəriyyətə bu cür addım atanlar insan hüquqularını kənara qoyaraq öz maddi maraqlarına üstünlük verirlər. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq bu ili " İslam həmrəyliyi" elan etdi və bu missiyanı Azərbaycan prezidenti öz üzərinə götürdü".
Daha sonra tədbirdə çıxış edən Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm dəyərlərindən söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə