Stokholmda törədilmiş terror aktı ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib. Bu barədə SİA-ya İsveçin Azərbaycanddakı səfirliyindən məlumat verilib. Məlumatda görə, Bakı vaxtı ilə saat 14:00-dək səfirlik binasındakı bayraq yarıya gədər endirilib. Saat 14:00-da isə bir dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, aprelin 7-də Stokholmdakı mərkəzi küçədə terrorçunun yük avtomobilini kütlənin üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Terroru törədən şəxslərdən biri 39 yaşlı Özbəkistan vətəndaşı Rəhmət Akilov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB