Hakimiyyət Avropa məhkəməsinin tələbini yerinə yetirmir ERMƏNİSTANDA

Hakimiyyət Avropa məhkəməsinin tələbini yerinə yetirmir ERMƏNİSTANDA

"Hakimiyyət İnsan haqları üzrə Avropa məhkəməsinin erməni qiyamçılarının "Sasna Tsrer" qrupunun üzvü Ovanes Arutunyanla bağlı tələbini yerinə yetirmir". SİA xbər verir ki, bu barədə Ermənistanın "epress.am" agentliyi yazır. Arutunyanın vəkili Ayarpi Sarqsyanın adıçəkilən syta verdiyi açıqlamasına görə, irəli sürülmüş tələbə baxmayaraq, o hələ də işgənclərə məruz qalmaqda davam edir.

Vəkil bildirib ki, Avropa məhkəməsi eyni zamanda Arutunyanın müalicəsi üçün tibbi qrupun yaradılması tələbini də qulaqardına vurub.

"Ovanesə jeç bir tibbi yardım göstərilməyib, yalnız martın 21-də onu "Astxik" tibb mərkəzinə köçürüblər. Oradan da bildirilib ki, onun xəstəxanada qalması üçün heç bir səbəb yoxdur və o, travmotoloji mərkəzə köçürülməlidir. Belə ki, "Astxik"də belə bir mərkəz yoxdur"-deyə Ovannes Arutunyanın vəkili bildirib.

Ayarpi Sarqsyan deyib ki, sonradan Ovanesin yenidən "Nubaraşen" saxlanma təcridxanasına göndərilməsi barədə ona xəbər daxil olub. "Bununla yanaşı, onun travmotologiya mərkəzinə köçürülməsi mənim iştirakım olmadan həyata keçirilib və orada hansısa müayinələr aparılıb. Nəticədə belə çıxır ki, İnsan haqları üzrə Avropa məhkəməsinin ilk tələbi yerinə yetirilməmiş qalıb. Arutunyanı yalnız müayinə ediblər, ancaq müalicəsi və tələb edilən yarıdm olunmayıb"-deyə qeyd edən vəkilin sözlərinə görə, onun müvəkkilinə qarşı təzyiq və amansızlıq xüsusilə Avropa məhkəməsinin məlum qərarından sonra artmağa başlayıb.

"Hazırda Ovanesdə dözülməz ağrılar başlayıb, lakin ona heç bir yardım göstərilmir. Hətta ona ağrıkəsici lazım olduğu zaman kameranın qapısını qəsdən açmırlar, deyirlər ki, guya açarlar onlarda deyil və Ovanes bütün gecə bu ağrılara dözməli olur"-deyə vəkili Ayarpi Sarqsyan deyir.

Vəkil bildirib ki, digər tərəfdən, müvəkkilinin daxili orqanlarında da ciddi ağrılar baş qaldırıb. Onun ciyərində, böyrəyində, bağırsaqlarında kəskin problemlər yaşanır, hətta qanaxmaları dayanmır.

"Hazırda Arutunyan "Nubaraşen" təcridxanasında saxlanılır və orada antisanitar vəziyyət hökm sürür: "Avropa məhkəməsinin qərarından sonra o təhqir və təzyiqlərə, hədələrə məruz qalır. Deyirlər ki, əgər özünü lazım olduğu kimi aparmasa daha betər hallarla qarşılaşacaq".

Vəkil hakimiyyətin tibbi qrupun yaradılması üçün tədbiri hər dəfə təxirə saldığını deyib. Belə ki, Ovanesin valideyinləri böyük məbləğ qarşılığında xarici ölkədən həkimlər briqadası dəvət ediblər. Ancaq hakimiyyət bu işi o qədər uzatdı ki, həkimlər müayinə aparmadan ölkəni tərk etməli oldular. Həmçinin, hakimiyyət istintaq işini uzadaraq prosesin uzadılmasına çalışır.

Erməni saytı xatırladır ki, 2016-cı ilin 26 iyul tarixində Ovanes Arutunyan polisin İrəvanın Erebuni adlanan ərazisində polis alayını tutan "Sasna-Tsrer" qiyamçı qrupunun üzvlərinə açdığı atəş nəticəsində ayağından iki güllə yarası alıb. Sonradan onun ayağından bəzi qəlpələri çıxarıblar, ancaq ümumi cərrahiyyə əməliyyatı aparılmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə