Əli Əhməov: “Müxalifətin bu cəhdi də puça çıxacaq" AÇIQLAMA - SƏS TV

"Azərbaycanda siyasi partiyalarında təmsil olunan insanlarda görünür ki, iki tip məfkurə mövcuddur. Bunlardan biri dövlətçilik məfkurəsidir ki, bunun aydın ifadəsini YAP və dövlətçilik məfkurəsinə sahib olan digər siyasi qüvvələrin timsalında görmək olar". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov müxalifətin bu gün "Məhsul" stadionunda keçirəcəyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, siyasi düşərgənin digər hissəsində, təəssüflə qeyd etmək lazımdır ki, dövlətçilik məfkurəsi və dövlətçilik təfəkkürü çox azdır və yaxud tamamilə başqa istiqamətə yönəlib: "Bu gün Azərbaycan vətəndaşlarını düşündürən ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, ölkəmizin inkişaf etdirilməsi istiqamətinə həyata keçirllən islahatlar kampaniyasına imkanları daxilində dəstək verilməsidir. İndi biz çox narahat bir dünyada yaşayırıq. Azərbaycanın ətrafında nələrin baş verdiyini hər kəs yaxşı bilir. Hazırda hər biz Azərbaycan vətəndaşını düşündürən budur ki, ölkəmizdə sabitlik, əmin-amanlıq olsun, bu narahat bölgədə rahat həyatını qoruyub saxlaya bilsin. Vətəndaşlarımızın həyatı, ailələrin normal yaşaması, bütövlükdə xalqımızın normal rahat yaşayışı üçün hər hansı bir təhlükə mövcud olmasın. Bizi düşündürən əsas məsələlərdən biri bundan ibarətdir. Təbii ki, digər məsələ ölkənin iqtisadi inkişafının surətləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin dərin islahatlar kampaniyası atrıq həyata keçirlməkdədir. İnanıram ki, yaxın zamanlarda bu islahatlar kampaniyası özünün müsbət nəticəsini verəcək".

Ə.Əhməov vurğulayıb ki, son illər ərzində Azərbaycanın iqtisadi və sosial cəhətdən nə qədər dəyişdiyi hər kəsin gözləri qarşısındadır: "İndi Bakını 10 il əvvəl görənlər yenidən gələndə paytaxtımızı tanımır. Digər bölgələrimiz də belədir. Budur Azərbaycanın keçdiyi inkişaf yolu. Təəssüf hissi ilə demək istəyirəm ki, bəzi siyasi qüvvələr Azərbaycandakı sabitliyi, əmin amanlığı pozmaq üçün əllərindən gələn hər şeyi edirlər. Çox məmnunam ki, onların əllərindən çox şey gəlmir və çox şey bacara bilmirlər. Azərbaycandakı sabitliyi pozmaq üçün göstərdikləri səylər səmərə vermir. Çünki insanlarımız onların sabitliyə qarşı çevrilmiş belə əməllərinə dəstək vermirlər. Onlara yardım etmirlər, əksinə təşəbbüslərinin qarşısını alırlar və təbii ki, onları dəstəkləmədikləri üçün keçirdikləri aksiyalar da çox zəif alınır. Belə hesab edirəm ki, Azərbaycanda bu gün insanlarımızı düşündürən və düşündürməli olan məsələlər sabitliyin qorunması, iqtisadi inkişafın nailiyyətlərinin əldə edilməsinə kömək göstərməkdən ibarət olmalıdır. Mitinqlər, ab havanı, sabitliyi pozmaq cəhdləri, hesab edirəm ki, öncə Azərbaycanın dövlətçiliyinə və insanlarımızın normal həyatına qarşı çevrilmiş addımlardır, ikincisi isə təbii ki, bu vaxta kimi göstərdikləri cəhdlər puça çıxdığı kimi bu gün də bu istiqamətdə göstərilən cəhdlər tamamilə puça çıxacaq. Hər şeydən əvvəl ona görə ki, insanlar, vətəndaşlar, xalq bu cür düşünən insanları dəstəkləmir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...