Səbail rayonunda ümumrayon iməcliyi keçirilib SƏS TV

Səbail rayonunda ümumrayon iməcliyi keçirilib SƏS TV

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçən əsrin 70-ci illərində Ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış "Dostluq parkı"nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin - ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməclik keçirilib. SİA-nın verdiyi məlumata görə, iməclikdə həmçinin bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştrak ediblər.

İməclik parkın bütün ərazisini əhatə etmişdir. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınmışdır. Gənclər və məktəblilər küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırmış, parkdakı velosiped yolları süpürülüb. Əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, onların dibi açılıb, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. Parkda ağacların sulanması üçün xətlər çəkilmiş və bu da onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

İməclikdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Vergilər Nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatları və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı və zeytun, velosiped yollarının kənarlarında dekorativ kollar əkdilər və onların suvarılma məsələlərinə xüsusi diqqət yetirildi. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsuslu ilə suvarılma xətləri çəkilib..

Milli musiqi ifaçılarının müşayət etdiyi, bayrama əhval-ruhiyyəsi ilə keçirilən iməclikdə rayonun təsərrüfat xidmətlərinin, Dövlət Pedaqoji və İqtisad Universitetlərinin, Dövlət İdarəçilik Akademiyasının və orta təhsil müəssisələrinin kollektivləri, "Asan xidmət" könüllüləri xüsusi ilə fərqləniblər.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində onun yaratdığı "Dostluq parkı"nda keçirilən iməclik, parkda əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olub.

Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə