Tbilisidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycanı təmsil edəcək deputat Əflatun Amaşov aprelin 10-dan 13-dək Tbilisidə səfərdə olacaq.
Deputat quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının carı fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB