Azərbaycanın İsveçdəki səfirliyi paytaxt Stokholmun mərkəzindəki hadisə ilə bağlı başsağlığı verib. SİA-nın məlumatına görə, səfirliyin açıqlamasında hadisə nəticəsində ölən və yaralananların olmasından dərin kədər ifadə olunub: "Biz həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. İsveç xalqı və dövlətinin yanında oluğumuzu ifadə edirik".
Qeyd edək ki, Stokholmda sürücünün yük maşınını kütlənin üzərinə sürməsi nəticəsində 5 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB