"Əldə etdiyimiz informasiyaya görə, Ermənistan parlamentinin deputatı Mger Sedrakyan son zamanlar ciddi çətinliklər və problemlər yaşadığına görə, tezliklə ABŞ-a mühacirət edəcək". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Haykakan Jamanak" qəzeti yazır.
Nəşr qeyd edir ki, Sedrakyanın hakimiyyətlə problemləri parlament seçkilərinə az müddət qalmış baş qaldırıb və bunun nəticəsində o hər hansı bir siyasi gücdə öz mövqelərini möhkəmləndirmək imkanını itirib. "Əvvəlcə o, kadastr üzrə dövlət komitəsində sədr müavini işləyən oğlu Davidi "Tsrarukyan" blokuna daxil etməyə cəhd göstərib, ancaq hakimiyyət nəninki bu məsələdə ona maneə yaradıb, hətta David Sedrakyan vəzifəsindən kənarlaşdırılıb"-deyə yazan "Haykakan Jamanak" əlavə edib ki, nəticədə deputatın qızı da rəhbərlik etdiyi uşaq bağçası müdirəliyindən imtina edib. "Mətbuat isə Sedrakyanın oğullarının artıq Amerikaya köçdüklərini yazır"-deyə erməni nəşri xatırladıb.
Qəzet mənbələrinə istinadən bildirir ki, oğlanlarının ardınca böyük Sedrakyan da ABŞ-a köçməyə hazırlaşır və o Ermənistandakı bütün mülklərini sataraq biznesini də Amerikaya transfer edəcək.
Lakin maraqlı məqamlardan biri də budur ki, "Haykakan Jamanak"ın yazdığına görə, hakimiyyət Sedrakyanın biznesinə zərbə vurmaq üçün vaxtilə ona verilmiş vergi imtiyazlarını əlindən almaq prosesinə başlayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB