“MDB ölkələrinin hər biri terrorun potensial hədəfidir” Putin

“MDB ölkələrinin hər biri terrorun potensial hədəfidir” Putin

"Demək olar ki, MDB ölkələrinin hər biri terror hücumlarının potensial hədəfdiir". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə deyib. O bildirib ki, vəziyyətin yaxşılaşmaması müşahidə edilir: "Təəssüf ki, biz vəziyyətin yaxşılaşmasını görmürük. Bunun ən yaxşı sübutu Sankt-Peterburqdakı son faciəli hadisədir. Terror aktı nəticəsində insanlar həlak oldu, çox sayda zərərçəkmiş var". Prezident əlavə edib ki, ölkələr üçün terrorizmlə yanaşı bir çox digər təhlükələr də mövcuddur: "Onların arasında mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti, korrupsiya və daxili siyasi vəziyyətə xarici qüvvələrin təsirini qeyd etmək olar. Putinin sözlərinə görə, MDB ölkələrinin xüsusi xidmət orqanları səmərəli əməkdaşlıq edirlər: "Ölkələrimiz arasında əsas çağrışlara qarşı mübarizədə çox gözəl əməkdaşlıq yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə