Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib. SİA "news.am"a istinadən xəbər verir ki, bunu "Ohanyan - Raffi - Oskanyan" blokunun seçkiqabağı qərərgahının rəhbəri, "İrs" partiyasının vitse-prezidenti Armen Martirosyan deyib.
O bildirib ki, istənilən halda onlar öz fəaliyyətlərini davam etdirəcəklər: "İndi ölkədə dövlət maraqlarını qoruya bilməyən, Dağlıq Qarabağ münaqişəsində tərəqqiyə nail olmayan, iqtisadi sahədə islahatlar həyata keçirə bilməyən qeyri-qanuni formalaşmış hakimiyyət var. Hazırda biz yenidən formalaşma mərhələsinə başlamışıq və bloka daxil olan qüvvələr arasında əməkdaşlıq birmənalı şəkildə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB