"Türkiyə Rusiyanın yanındadır" Ərdoğan

"Türkiyə Rusiyanın yanındadır" Ərdoğan

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburq şəhərində metroda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. SİA "hurriyet"ə istinadən xəbər verir ki, Ərdoğan hadisə nəticəsinə insanların həyatını itirməsi və yaralıların olması xəbərini kədərlə qarşıladığını vurğulayıb: "Bu xain terror hücumu qarşısında Türkiyənin Rusiyanın yanında olduğunu, illərdir terrorla mübarizə edən ölkəmizin ağrınızı çox yaxşı anladığını ifadə etmək istəyirəm. Bu qorxunc hücumu qınayırıq. Həyatını itirənlərin ailələrinə və yaxınlarına, dost Rusiya xalqına başsağlığı verir, yaralılara təcili şəfa arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə