"Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına heç bir şübhə etmirəm". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, seçkilərin saxtalaşdırlacağı əvvəlcədən bəlli idi: "Exit-poll da hakimiyyətə yaxın olan dairələr tərəfindən həyata keçirlib. Necə ola bilər ki, Ter-Petrosyan heç olmasa 5 fazilik baryeri keçə bilməsin. Yaxud da Ohanyan-Raffi-Oskanyan bloku seçki baryerini keçə bilməsin. Bu bir daha onu göstərir ki, seçkilər tamamilə əvvəlcədən Respublika partiyası və onun tərəfdarları arasında bölüşdürülüb. Daşnaksütyun partiyası 5 faizi güclə keçə bilib. Yəni seçkilər tamamilə saxtalaşdırılıb. Mən belə hesab edirəm ki, müxalif qüvvələr bu vəziyyətə dözməyəcəklər və öz etirazlarını bildirəcəklər. Bu etirazlar da seçkilərin nəticələri rəsmi surətdə elan edilən kimi meydana çıxacaq".
Politoloq hesab edir ki, Sarkisyan 10 il əvvəl hakimiyyətə gələndə necə qanlı döyüşlər, qarşıdurmalar olmuşdursa, bu dəfə ondan daha irimiqyaslı qarşıdurmalar baş verə bilər: "Ermənistan bundan sonra qeyri-sabit bir dövrə keçəcək və hələ uzun müddət ölkə daxilində seçkilərin nəticələrinin saxtalaşdırılması ərtafında həm müzakirələr, həm də qarşıdurmalar, etiraz mitinqləri davam edəcək. Bir sözlə, Ermənistan cəmiyyəti üçün çox mürəkkəb bir dövr başlayır. Seçkiləri müşahidə edənlər saxtalırları görüblər və yəqin ki, nə varsa onu da deyəcəklər. Sarkisyanı tərifləyəsi deyillər. Bütün erməni cəmiyyəti Sarkisyana nifrət edirsə, ona necə səs verə bilər, bu mümkün deyil. Ona görə də beynəlxalq rəylər də seçkilərin qeyri- obyektiv keçməsi haqqında olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB