“Ermənistan hərbi əməliyyatların təmas xətlərində aparılmasına can atır” AÇIQLAMA

“Ermənistan hərbi əməliyyatların təmas xətlərində aparılmasına can atır” AÇIQLAMA

"Bu günlərdə Azərbaycan Prezidenti lham Əliyevin aprel döyüşləri iştirakçıları və onların ailələri ilə görüşü ölkə başçısının torpaqlarımızın işğaldan azad olunması niyyətinin ciddiliyinin göstəricisidir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarında işğal olunmuş ərazilərin yad ünsürlərdən təmizləmə əməliyyatı Ermənistan tərəfindən çox təşvişlə qarşılanmışdı: "Azərbaycan tərəfinin bu qərarlığı və cəbhə bölgəsindəki aktivliyi işğalçı qüvvələri bir qədər hərəkətə gətirmiş oldu. Bu döyüşlərin nəticəsi olaraq Ermənistan tərəfi hərbi dəstəyini gücləndirmək məqsədilə Rusiya ilə vahid ordu qurmaq haqqında müqavilə imzaladılar. Bundan sonra Serj Sarkisyan bir qədər cəsarətlənənrək Azərbaycanı müharibə ilə hədələmək ritorikası ilə danışmağa başladı. Rusiyadan "İskəndər" raketlərini alan rəsmi Yerevan hətta Bakını vuracağı barədə bəyanatlar da verməyə cəsarət etdi. Ermənistan əslinə bu provokativ hərəkətləri ilə hərbi əməliyyatların Azərbaycan və Ermənistan dövlət sərhədlərinin təmas xətlərində aparılmasına can atır ki, Rusiya ilə bağladığı "vahid ordu " müqaviləsini həyata keçirə bilsin".

V.Əfəndiyev əlavə edib ki, aprel döyüşlərinin xüsusi əhəmiyyəti isə ondadır ki, indiyə qədər beynəlxalq qurumlar və Avropa birliyi dövlətləri tərəfindən bizə qarşı atəşkəs rejimini əməl etmək tələbləri daha yumşaq xarakter aldı: "ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Uorlik və indiki sədr Yaqland torpaqların təxirə salınmadan işğaldan azad olunmasını tələb etdilər. Bu isə indiyə qədər Azərbaycana qarşı göstərilən mövqelərin ən ədaləti variantı kimi qəbul etmək olar. Beynəlxalq birliklərin Azərbaycana qarşı ədaləti mövqeyə yaxın münasibəti ölkəmizin torpaqlarımızdan vaz keçməyəcəyi əminliyini gördükdən sonra yarandı. Amma Rusiya bu istiqamətdə tələskən və açıq - aydın tərəfkeşlik nümayiş etdirən mövqe sərgiləsə də hadisələrə hərbi müdaxilə etmək gücündə olmadığını anladı. O səbəbdən də Ermənistan hərbi əməliyyatların ünvanını dəyişərək Qarabağdan kənara çıxmasında maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə