Ermənistan – rüsvayçı ölkənin total seçki saxtakarlığı-faktlar və dəlillər TƏHLİL+VİDEO
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri bu ölkədə cərəyan edən özbaşınalığı və rüsvayçılığı bir daha bütün dünyaya sübut yetirmiş oldu. İstər müxalifət nümayəndələri, istər erməni mətbuatı istərsə də bir sıra beynəlxalq müşahidə missiyaları seçkilərdə baş verən çoxsaylı qanun pozuntularını dünyaya çatdırıblar. Ümumiyyətlə, total sxatakarlıqlarla müşahidə olunan parlament seçkilərinin "baş tutmasını" iddia etmək sadəcə hakim Sarkisyan rejiminin teatr tamaşası fonunda demək olar. Çünki budəfəki tamaşanın bütün reallıqları tam çılpaqlığı ilə özünü əks etdirmiş oldu.
Belə ki, seçkilər zamanı jurnalistlərin döyülməsindən tutmuş, qərargahlarda baş verən dava-dalaşlar, o cümlədən, hakim partiyanın namizədinə məxsus seçki qərargahında meyit tapıntısına qədər (Qeyd: Ermənistan hakim partiyasından olan namizədin seçki qərargahında qadın meyiti tapılıb və 77 yaşlı qadın meyiti Aspatyan küçəsində yerləşən seçki qərargahında aşkarlanıb.Həmin qərargah hakim "Respublika" partiyasından olan namizəd Arman Saakyana məxsusdur) ortaya çıxan Ermənistan reallığı hər şeyi tam çılpaqlığı ilə ortaya qoymaqdadır. Biz, bunu məhz erməni mediasının dili ilə diqqətə çatdırmaq qərarına gəldik.
"ORO" blokunun namizədi Razmik Petrosyan: "Sanki 1500 qladiator bir-birini öldürmək üçün arenaya daxil olmuşdu. Seçkilər belə keçirilmir"
"Bu seçkilər öncəki seçkilərdən heç nəyi ilə fərqlənmir – eyni münasibət, eyni seçki rüşvətləri, seçicilərin eyni istiqamətə yönləndirlməsi". "SƏS" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın 1-ci informasiya agentliyinə (1in.am) "ORO" blokundan namizəd Razmik Petrosyan deyib. Onun sözlərinə görə, bu reytinq seçkiləri proporsional seçki sisteminə aid olan heç nəyi əks etdirmədi və administrativ resurslar tətbiq olundu. Sanki 1500 qladiator bir-birini öldürmək üçün arenaya daxil olmuşdu. Seçkilər belə keçirilmir".
Petrosyan deyib ki, o və digərləri hakimiyyətin ayrıca şəxslərinin, eləcə də bir neçə müxalifətçinin nəhəng maliyyə vəsaitləri ilə mübarizəsinin şahidi olublar. "Əlbəttə ki, buna seçki demək olmaz"-deyə "ORO" blokunun namizədi bildirib.
Razmik Petrosyan ümid etdiyini bildirib ki, xalq baş verənlərə öz münasibətini göstərəcək.
"A1+" media qurumu: "Təhlükəsizlik xidmətinin əməkdaşları jurnslitləri döyüb və təhqir ediblər"
Digər erməni media qurumu "A1+" internet televiziyasının tsaytı isə yazır ki, seçkilər vaxtı "Armenia-Mariott" otelinin kafesində Ermənistan parlamentinin deputatı Samvel Aleksanyan, Rusiyada yaşayan biznesmen Samvel Karapetyan, nəqliyyat naziri Qagik Beqlaryan və İrəvanın sabiq meri Karen Karapetyan oturmuşdular. "Radionun jurnalisti Misak Qabrielyanın və "A1+"un müxbiri Robert Ananyanın kafenin yerləşdiyi ərazidə kamera ilə çəkiliş aparmaları onların xoşlarına gəlməyib"-deyə məlumatda bildirilir.
Qeyd olunur ki, həmin vaxt jurnalistlərə ərazinin təhlükəsizliyini təmin edən şəxslər yaxınlaşaraq onlara bildiriblər ki, bura şəxsi mülk hesab olunduğuna görə, ərazini və ərazidəki insanları çəkmək olmaz. Cavabında jurnalistlər deyiblər ki, bu adamlar ictimaiyyətə tanış olan şəxslərdir və qanun onların ictimai yerlərdə olduqları zaman şəkillərinin çəkilməsini qadağan etmir.
"Heç bir qanun tanımadıqlarını nümayiş etdirən və adları bilinməyən təhlükəsizlik xidmətinin iki əməkdaşı qaba münasibət sərgiləyərək jurnalistlərin işlərinə mane olublar. Onlardan biri "Azatutyun" ("Azadlıq") radiosunun müxbiri Misak Qabrielyanı iki dəfə vurub və təhqir edib. Digəri isə "A1+" müxbirinin əlinə və kamerasına zərbə endirib. Onlar Misak Qabrielyana etdikləri hücumun çəkilməməsini tələb ediblər"-deyə erməni media orqanı yazır.
Ermənistan Xalq Partiyası konqresinin alyans üzvü Aram Manukyan: "Polis də qanun pozuntularına heç bir reaksiya göstərməyib"
Adıçəkilən sayt Ermənistan Xalq Partiyası konqresinin alyans üzvü Aram Manukyanın da bəyanatını yayıb. Manukyan bildirib ki, seçki qərargahlarında səsvermə gizliliyini təmin edən qanun pozuntusu müşahidə edilib. "Seçki qərargahlarında konvertlər diqqət cəlb edib. Hətta insanlar məcbur olunurdu ki, onlar artıq səs verilmiş konvertlərlə səsvermə kabinələrinə daxil olsunlar."-deyə alyans üzvü bildirib. O, əlavə edib ki, bununla yanaşı bəzi insanlar səsverənlərin arxasında dayanaraq onların kimə səs vermələrini aşkar şəkildə izləyiblər: "İrad bildirildikdə isə deyilirdi ki, sadəcə seçicilərə yardım olunur. Bizim nümayəndə komissiya sədrinə yaxınlaşdı, lakin onlar nümayəndəmizin tələbini qeydə almaqdan imtina ediblər. Polis də qanun pozuntularına heç bir reaksiya göstərməyib".
Konvertlərlə seçki məntəqələrinə gedənlər, iki dəfə səs verənlər, hərbçiləri seçki məntəqələrində gəzdirənlər...
Yeri gəlşmişkən, baş verən kütləvi seçki özbaşınalıqları və pozuntuları əks etdirən kifayət qədər videoçəkilişlər ictimailəşdirilib. Konvertlərlə seçki məntəqələrinə gedənlərin, həmçinin iki dəfə səs verənlərin videolentinə bu linklərdən baxa bilərsiniz:
http://ru.a1plus.am/1333803.html
http://rus.azatutyun.am/a/28406043.html
Həmçinin, Gegark vilayətinin Sevan şəhərində müstəqil müşahidəçilərdən biri bir şəxsin həbrçiləri seçki məntəqələrinə tərəf apardığını və onların göstərişlə səsvermələrini qeydə alıb və bunu komissiya sədrinə bildirib. Bu dəfə də komissiya sədri heç bir tədbir görməyib. Hətta polis hərbçiləri gətirən şəxsi üç dəfə seçki məntəqəsindən uzaqlaşdırsa da, o yenidən qayıdaraq öz işinə davam edib.
Politoloq Suren Zolyan: "Hakimiyyət təhlükəli hadisələr barədə düşünməyərək daha çox faizlə səs toplamağa çalışır"
"1in.am" saytı isə erməni politoloq Suren Zolyandan seçkilərdən sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini soruşub. Politoloq deyib: "Vəziyyət tamamilə başqadır, mənə elə gəlir ki, "Sasna-Tser" hadisələrinin yenidən təkrarlanacağını gözləmək olmaz. Lakin digər faktorlar fəaliyyətdə olacaq".
Suren Zolyan daha bir maraqlı proqnoz verərək bildirib ki, seçkilərdən sonra kütləvi narazılıq olacaq və bu narazılıq yalnız müxalifətçilər tərəfindən deyil, eyni zamanda hakimiyyət tərəfindən də olacaq: "İctimaiyyətin hərəkətə keçməyini istisna etmək olmaz və partiyalarda təşkilatçılar hazır vəziyyətdədirlər. Hazırda hakimiyyət təhlükəli hadisələr barədə düşünməyərək daha çox faizlə səs toplamağa çalışır".
Politoloq istənilən siyasi güclərin hakimiyyətlə alış-verişə daxil ola biləcəyini də istisna etməyib.
"1in.am": "İnsanlar səsvermədə fəal olmayıblar, müxalifətin xeyrinə səs verməyiblər, pulla alınıblar və qorxublar"
"Heç kim şübhə etmirdi ki, Ermənistanın seçki texnologiyasının əsas amillərindən biri seçkiöncəsi rüşavət olacaq". Bu fikirlər isə adıçəkilən saytın analitik bölməsində qeyd olunub. SİTAT: "İctimaiyyətin ağır sosial durumunu nəzərə alarsaq, yumşaq desək, vətəndaşlıq özünüdərkinin aşağı vəziyyətdə olmasından, həmçinin müxalifət düşərgəsinin reytinq planında heç də yaxşı halda olmamasından belə nəticəyə gəlmək mümkündür ki, mövcud texnologiya hazırkı gündə də kifayət qədər effektlidir. Artıq ictimaiyyəti ittiham olunaraq deyilə bilər ki, insanlar səsvermədə fəal olmayıblar, müxalifətin xeyrinə səs verməyiblər, pulla alınıblar və qorxublar".
"Ermənistanda istənilən müxalifət hər zaman öz uğursuzluğunu ictimaiyyətin üzərinə atır, gözləyirər ki, ictimaiyyət onların işini görəcək"-deyə yazan erməni saytı əlavə edir ki, həqiqətən də bugünkü seçki rüsvayçı adlandırıla bilər. Bildirilir ki, bu seçkilərdə müxalifətin də günahları çoxdur: "Bu planda 2 aprel seçkiləri Ermənistanın tarixinə yalnız öz saxtakarlığı və rüsvayçı mövcudluğu ilə deyil, eləcə də müxalifətin hakimiyyətə istəsə də istəməsə də saxtakarlıqları reallaşdırmaqdan ötrü geniş imkanlar yaratması ilə də düşəcək.
"Yelk" blokunun lideri Nikol Paşinyan: "Bloka verilmiş səslərin oğurlandığını aşkar edəriksə, seçkisonrası prosesdə hər şeyi görəcəklər"
Lakin hesab etmək olmaz ki, Ermənistandakı seçkisonrası proses erməni müxalifəti tərəfindən yalnız susqunluqla qarşılanacaq. Məsələn, "Azatutyun" (Azadlıq) radiosunun bildirdiyinə görə, "Yelk" (Çıxış) blokunun liderlərindən biri olan və hakimiyyətə qarşı radikallığı ilə seçilən Nokol Paşinyan jurnalistlərlə açıqlamasında deyib ki, əgər seçkilərdə təmsil olunduğu bloka verilmiş səslərin oğurlandığını aşkar edərsə, seçkisonrası prosesdə hər şeyi görəcəklər.
...Və silahlı hücum!
Yeri gəlmişkən, İrəvanın Malatiya-Sebastiya icmasına (Nikol Paşinyan bu icmanın üzvüdür) gecə saatlarında silahlı hücum olub. Bu barədə onun özü "facebook" sosial şəbəkəsində məlumat verib. SİTAT: "Vurdular, dava başladı və bu tapança (əlində olan tapançanın şəklini göstərir: http://www.armtimes.com/ru/article/108312) ortaya çıxdı. Bizim uşaqlardan biri silah çəkənin əlindən vurdu, silah yerə düşdü, bizimkilər özünümüdafiəyə keçdi. Şahidlərə görə, hücum edənlər sərxoş olublar. Polisə məlumat verdim, hadisə yerinə gedirəm, polis yarım saatdır ki, Teryan68/3 ünvanını tapa bilmir...)
Paşinyan sonda bildirib ki, hücum edənin adı bəlli olub. O, "Manax" ləqəbli Artur Ayvazyandır. Lakin hadisə ilə bağlı hələlik heç bir açıqlama vermək deyil.
Beləliklə, Ermənistandakı ictimai vəziyyətin seçkisonrası proseslərdə hansı istiqamətdə inkişaf edəcəyini məhz bu kimi faktlardan da hasil etmək mümkündür. Bu ölü ölkə mövcud seçkilər vasitəsilə öz fərmanını verdi. Çünki Sarkisyan hakimiyyətinin saxtakarlıq yolu ilə iqtidarını əlində saxlaması istər-istəməz bu ölkəni ölümə doğru sürükləyir. Ermənistan vətəndaş qarşıdurması, ya da mövcud hakimiyyətin seçki pozuntuları, o cümlədən qaniçənliyi sayəsində məhv olmaq ərəfəsinə daha bir addım yaxınlaşdı.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB