"Aprel savaşı Ermənistandakı hakimiyyətin çürüklüyünü aşkara çıxardı" MÜNASİBƏT
"Ümumiyyətlə aprel ayı tariximizə qanlı-qadalı təqvim kimi daxil olub. Bildiyiniz kimi 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti, hökuməti devrilib, 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonu işğal olunub. Ancaq taleyin qisməti elə gətirdi ki, 2016-cı ilin aprel ayında baş verən hadisələr qanlı-qadalı günləri yumşalda bildi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, ötən ilin aprelində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təxribata qarşı ordumuzun layiqli cavabı bir neçə məqamı açıqlamış oldu: "Birincisi Azərbaycan hərbi qüvvələrinin güclü olduğunu hər an, hər dəqiqə vətənini müdafiə etməyə hazır olduğunu və işğal olunmuş torpaqlarının azad edilməsinə imkanı olduğunu sübut etdi.
İkincisi 20 ildən artıq müddətdə erməni qatil rəhbərliyinin Dağlıq Qarabağda tökdüyü qanlar hesabına hakimiyyətə gələn, və başqa dövlətlərin əlində oyuncağa çevrilən hakimiyyətin çürüklüyü aşkara çıxdı. Onlar neçə illər ərzində Ermənistan əhalisini qalib gəldiklərini və geriyə yol olmadığına inandırmağa çalışırdılar. Lakin aprel döyüşləri həmin ideologiyanı darmadağın etdi. Məlum oldu ki, Azərbaycan tərəfi güclüdür və öz torpaqlarını istənilən an işğaldan azad etməyə kifayət qədər imkanları var. Üçüncüsü istər Ermənistan hakimiyyəti, istərsə də onları müdafiə edən qüvvələr və beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar yanaşanlar da bir fikir yarandı ki, Azərbaycan tərəfini işğalla, mövcud status-kvo ilə barışdırmaq mümkün deyil, ölkəmiz sadəcə beynəlxalq hüquq normalarına riayət etdiyi üçün öz torpağının işğaldan azad etmək üçün hərbi yola başlamır. Aprel döyüşləri bütün bu sindromları sındırdı və bu sipər qırıldı".
F. İbrahimli qeyd edib ki, aprel döyüşlərində Azərbaycan xalqı və dünyaya bir daha məlum oldu ki, 1990-cı illərdə Topxana meşəsinin qırılmasında ölkəmizdə millətin bütövlüyü necə idisə, bu gün ondan bir neçə qat artıqdır və xalq-dövlət birliyi bu məsələlərdə vahiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB