Əkbər Qoşalı: “Bu yalan səltənəti əvvəl-axır yıxılmalıdır!” AÇIQLAMA
"Seçki, parlament, qanun sözləri "Ermənistan"la qoşa çəkilincə nə qədər uyğunsuzluq yaranırsa, o sözlər nə qədər əziyyət çəkirsə, pozuntu, dağıntı, qanunsuzluq sözləri Ermənistan hakimiyyətinin əməllərini daha aydın ifadə edir. Bəyəm, adıyaman ölkədə nə zaman insanca, qanunca bir rəftar, davranış görünüb ki, indi də təəcüb edək? – Bilirsiz, əgər dünyada heç bir başqa dövlətlə qonşuluğu olmasa, başqalarına problem yaratmaq imkanı olmasa o zaman öz-özünü yeyəcək bir zehniyyət, bir "kültür"dən danışırıq". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, "Ermənifobiya"nın "erməni sindromu"nun "vector"ları artıq içəriyə - özlərinə yönəlir: "Onlar bir-birlərini qırsalar, əhali öz yaramaz rejimlərinin əlindən qonşu ölkələrə daha kütləvi halda qaçsa, heç təəcüb etməzdim: "Yalan üzərində qurulan təbliğat, acqarınla aparılan işğalçılıq siyasəti, qonşu düşməndi, biz qalibik ədası ilə daha neçə il, neçə ay irəli getmək olar? – Bu yalan səltənəti əvvəl-axır yıxılmalıdır!".
Ə.Qoşalı əlavə edib ki, Sarkisyanlar hakimiyyətə qan üstə, yalan üstə, Qarabağ hayqırtısı üstə gəlib və öz xalqının da qanını illərdi, necə deyərlər, "savaş gərəkçəsi", "Qarabağ haqqı" ilə udublar: "Ona görə də, barmaq izini öz ölkəsinin seçki avadanlığı belə oxuya bilməyən Sarkisyan az-çox barışçı mövqe tutmağa yaxın olan, Azərbaycan torpalarını boşaltmağın zəruriliyini dilinə alan siyasi qüvvələrin səslərini oğurlamağa, onları reytinqsiz göstərməyə məzburdu. Bu onun son çabalamaları, son dirənişləri olsa belə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB