Biz "exit-poll"un nəticələrini tanımırıq. SİA "1in.am"a istinadən xəbər verir ki, bunu parlament seçkilərində iştirak etmiş Elk (Çıxış) siyasi blokunun üzvü Aram Sarkisyan deyib. Onun sözlərinə görə, həmin nəticələr çox erkən məlumatlara əsaslanır: "Biz əminik ki, "exit-poll"un təqdim etdiyindən daha çox səs toplamışıq. Biz müəyyən etmişik ki, seçkilər biabırçı pozuntularla, seçicilərə rüşvətin paylanması ilə keçirilib. Lakin baş verənləri qiymətləndirmək üçün hələ tələsmirik. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatları dərc etməsini gözləyirik. Bundan sonra bəyanatla çıxış edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB