"Qarbağda düşmənlə təmas xəttində erməni təxribatına layiqincə cavab verdiyimiz döyüşlərin ildönümüdür". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycanın hərb tarixinə bir qəhrəmanlıq və qələbə nümunəsi kimi düşüb: "Bu döyüşlər zamanı uzun illər boyu ermənilərin yaratdığı hərbi mif darmadağın edildi. Sübut olundu ki, ermənin bu gün Azərbaycan ordusunun qarşısında dayanmağa nə canlı qüvvəsi, nə də hərbi texnikası mövcuddur. Sadəcə öz havadarlarına arxalanaraq torpaqlarımızın işğal altında saxladıqları bir daha sübut olundu. Aprel döyüşləri zamanı ordumuz minlərlə hektar torpağımızı düşmən tapdağından azad etdi və on minlərlə hektar torpaq sahəsi ordumuzun nəzarəti altına düşdü. Məhz bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat şəraitinin bərpasına şərait yaranmış oldu. Aprel döyüşləri Qarabağa qayıdışın bünövrəsini qoydu.
Aydın oldu ki, öz daimi yaşayış yerlərindən qaçqın düşmüş insanlar hər zaman öz doğma yurduna qayıtmaq arzusundadır və Cocuq Mərcanlıda 50 evin bərpasına sərəncam verildiyi halda, 200-dən çox ailənin öz doğma kəndində yaşamaq istəyinin bildirməsi bunu bir daha sübut etdi. Aprel döyüşləri Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu göstərdi. Ordumuz düşməni bərk qorxuya saldı və məğlubiyyətini boynuna aldırdı. Aprel döyüşləri hərbçilərimizin döyüş ruhunu yüksəltdi. Müəyyən olundu ki, Azərbaycan vətəndaşı torpağının erməni işğalı altında qalması ilə heç vaxt razılaşmayacaq və hamı bir nəfər kimi düşmənlə amansız müharibəyə hazırdır.
Azər Badamov qeyd edib ki, yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və hamı Ali Baş komandanın əmrini gözləyir: "Düşünürəm ki, o gün uzaqda deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB