Aprel döyüşləri şanlı qələbəmizdir MÜNASİBƏT

Aprel döyüşləri şanlı qələbəmizdir MÜNASİBƏT

2016 aprel döyüşləri zamanı Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, 2016-cı ilin aprelində Ermənistanın təxribatı daha genişmiqyaslı olub və Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmişdi. Bu qələbə Azərbaycan ordusunun qüdrətini xalqımızın iradəsini və mətanətini göstərdi. Bu qələbə Prezident İlham Əliyevin güclü iradəsi vətəninə, millətinə xidmət etməyinin bariz nümunəsidir. Bütün bunlar Azərbaycan dövlətinin siyasi-iqtisadi mənəvi gücünü ortaya qoyan bir qələbədir. Yəni bu döyüşlər bir növ 20 ildən çox müddət ərzində Ermənistanda olan informasiya müharibəsinə son nöqtəyi qoydu. Ermənistanda yaşayan ermənilər və hər kəs anladı ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və hərbi potensiala malikdir. Aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını bir daha dağıtdı.

Cümşüd Nuriyev qeyd edib ki, vətən uğrunda şəhid olanlara Allah rəhmət eləsin. Onlar bizim üçün, xalqımız millətimiz və torpaqların azad edilməsi uğrunda şəhid olublar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə artıq Azərbaycan bayrağı dalğalanır.

Bütün xəbərlər Facebook səhifəmizdə