"Azərbaycan və Ukrayna Ermənistandakı seçkiləri izləməyəcək" Lebedev

"Azərbaycan və Ukrayna Ermənistandakı seçkiləri izləməyəcək" Lebedev

Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini MDB-nin səkkiz ölkəsindən 172 müşahidəçi izləyəcək. SİA "aysor.am"a istinadən xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. Lebedev bildirib ki, müşahidəçilər arasında deputatlar, diplomatlar, MSK üzvləri var. Onlar Ermənistanın bütün bölgələrində müşahidələr aparacaq. Onun sözlərinə görə, müşahidə missiyasında Azərbaycan və Ukrayna iştirak etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə