“Ermənistanda toqquşma ehtimalı çox böyükdür” AÇIQLAMA

“Ermənistanda toqquşma ehtimalı çox böyükdür” AÇIQLAMA

"Ümumiyyətlə aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi, geosiyasi vəziyyəti üçün dəyişkən bir seçkidir. Bu sırf Ermənistanın idarəçiliyini dəyişən, eləcə də onun idarəçiliyinə yanaşmanı dəyişən bir seçkidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərin görə, Paşa qrupun başısı Samir Karapetyanla Ermənistanın indiki baş naziri Karen Karapetyanın müəyyən gərginliklər, anlaşılmazlıqlar var idi: "Amma Rusiya bütün bunlar aradan qaldırdı. İndi hər iki şəxs faktiki olaraq Moskvanın əlində fiqura çevriliblər. Təbii ki, ortada olan variantda bəllidir. Baş nazir Karen Karapetyan Moskvada olarkən investisiya, inteqrasiya fondu yarandı. Yəni Rusiyadakı ermənilər Ermənistana kapital qoyur məqsədləri isə o olur ki, gələcəkdə Ermənistan tədricən Rusiyaya inteqrasiya etməlidir. Digə tərəfdən Serj Sarkisyan Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayanı həbs etdirdi. Bu onu göstərir ki, Sarkisyan güc nümayiş etdirərək Ermənistan cəmiyyətinə deyir ki, hakimiyyət məndə qalmalıdır. Əgər məndə olmayacaqsa hamınızı hərbi çevriliş adı ilə həbs edəcəm.

Eyni zamanda Qarabağ məsələsi ilə bağlı Ermənistanın keçmiş prezidenti Levon-Ter-Petrosyanın dedikləri təşkilati məsələ deyil. Onun dedikləri belə Sarkisyanın fikirləridir. O Azərbaycana indidə "İsgəndər" silahı ilə xof gəlir. Nəzəri cəhətdən Sarkisyan düşünür ki, parlament seçkiləri dövründə Ermənistan ordusunun Qarabağdan geri çəkilməsi ilə bağlı əmrdə verilə bilər. Belə başa düşürəm ki, aprelin 2-si və ondan sonrakı dövrdə Ermənistanda toqquşma ehtimalı çox böyükdür. Hətta bu toqquşmada silahların da işə düşəcəyini istina etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə