Qiyam baş tutsaydı Türkiyə 4 dövlətə parçalanacaqdı ŞOK FAKTLAR

Qiyam baş tutsaydı Türkiyə 4 dövlətə parçalanacaqdı ŞOK FAKTLAR

Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı bu zaman ölkənin ərazisi 4 yerə parçalanaraq, yeni dövlətlər yaranacaqdı. SİA xəbər verir ki, Türkiyənin Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Mehmet Erdoğanın fikirlərini "Olaymedya" saytı yazır.

Mehmet Erdoğan Fətullah Gülənin liderliyi ilə fəaliyyət göstərən və hazırda terror təşkilatı kimi tanınan qiyamçı FETÖ-nün ötən ilin iyul hadisələri zamanı qalib gələcəyi təqdirdə yeni xərinətinin yaranacağını deyib. O, hətta həmin xəritəni gördüyünü də bildirib. Türkiyə xəritəsində yaradılacaq yeni dövlətlərin arasında xəyali xəttlərlə sərhədlər belə müəyyənləşdirilmişdi. Məsələn, İstambul həmin ssenariya görə şəhər-dövlət statusu almalıymış. Şəhərin şərq kəsimində erməni dövləti, Cənub-şərqdə marksist-leninist kürd dövləti, İç Anadoluda isə türk dövləti yaradılacağıymış.

Xatırladaq ki, ötən ilin 15-16 iyul tarixində FETÖ təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi. Lakin bu cəhd uğursuzluqla nəticəsini tapmışdı. Qiyamın təşkilatçısı Fətullah Gülən isə ABŞ-da sığınacaq alaraq uzun illərdir orada yaşayır. Türkiyənin ABŞ-a rəsmi tələbnamələr göndərməyinə baxmayaraq, Amerika tərəfi hələ də Güləni Türkiyəyə verməyə tələsmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə