ABŞ-ın Azərbaycana dair viza tələblərində dəyişiklik olmayıb Səfirlik

ABŞ-ın Azərbaycana dair viza tələblərində dəyişiklik olmayıb Səfirlik

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb. Bu barədə SİA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərancamlarla bağlı son məlumatları www.whitehouse.gov saytından əldə etmək mümkündür. Viza qaydaları və prosedurları ilə bağlı məlumat www.travel.state.gov və https://azerbaijan.usembassy.gov/ saytlarında mövcuddur.

Xatırladaq ki, dünən bəzi KİV-də prezident Dobal Trampın Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı xəbər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə