"İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bu məsələdə mövqeyimizi dəfələrlə bildirmişik". Bu barədə SİA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Novruz bayramı günlərində İrandan heç bir rəsmi musiqi qrupu Azərbaycanla Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib: "Üçüncü ölkə mediaları vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İranla Azərbaycan arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi istiqamətə yönəltmək məqsədi daşıyır. Təəssüflər olsun ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB