"Sarkisyanın Azərbaycanı hədələməsi ona baha başa gələ bilər” AÇIQLAMA

"Sarkisyanın Azərbaycanı hədələməsi ona baha başa gələ bilər” AÇIQLAMA

"Sarkisyanın Dağlıq Qarabağda müharibə ritorikası ilə çıxışlar etməsi onun reallıqda deyil, hələ də təsir altında qaldığı böyük Ermənistan iddiası altında yaşadığını göstərir". Bunu SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Sarkisyanın özünün uydurduğu dünyada yaşadığını deyən deputat söyləyib ki, Ermənistan prezidentinin erməni millətçiləri ilə apardığı siyasət erməni xalqının min ildən sonra təsadüfən qazandığı dövlət müstəqilliyini böyük təhlükə altına qoyur: "Sarkisyan anlamır ki, yaranmamışdan Azərbaycana torpaq iddiası edən və özünün də iştirakı ilə torpaqlarımızın bir hissəsinin işğal edilməsi bu gün Ermənistanı hər hansı bir perspektivdən məhrum edir. Ermənistan Azərbaycana dövlətçilik yarışında uduzur. Düşmən ölkə rəhbəri hələ də dərk etmir ki, Azərbaycan 1990-cı ilin əvvəllərindəki vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər daxilində böyük problemlər yaşayan Azərbaycan deyil. Ona görə də, Sarkisyan özünün dəcəl uşaq kimi apararaq gah ölkəmizi hədələyir, gah dünyaya meydan oxuyur, gah da ki, heç bir reallığa uyğun gəlməyən fikirlər bildirir".

A. Mirzəzadə qeyd edib ki, hazırda Azərbaycanın Ermənistana sərt cavab vermək üçün bütün imkanları var: "Çünki, beynəlxalq hüquq Azərbaycan tərəfində olmaqla yanaşı ölkəmiz iqtisadi cəhətdən də qüvvətlidir. Bu gün həm işğal edilmiş zona, həm də Ermənistandakı onların hərbi obyektləri Azərbaycanın silahlı qüvvələrinin birbaşa müşahidəsi altındadır. Sarkisyanın Azərbaycanı hədələməsi onun özünə çox böyük baha başa gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə