"Lapşini vətəndaşı olduğu ölkələrin heç biri təhvil almaq istəmirdi" Prezident

"Lapşini vətəndaşı olduğu ölkələrin heç biri təhvil almaq istəmirdi" Prezident

"Belarus bloqqer Aleksandr Lapşin məsələsi ilə bağlı nə Azərbaycan, nə də Ermənistanla mübahisə etmək niyyətində deyil". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın bu ölkədəki səfiri Armen Xaçaturyanla görüşü zamanı deyib.

Prezident Lapşin məsələsinin Ermənistanla heç bir əlaqəsi olmadığını bildirib: "Ermənistanın bununla nə əlaqəsi var? Ermənistan mənə Lapşinlə bağlı heç ne deməyib. Lapşin bir ölkə - Azərbaycan tərəfindən axtarışa verilmişdi. O saxlanıldı. İnterpol bunu bilirdi. Biz lazımı məlumatı vermişdik. Bəs kimə təhvil verməli idik? Kim onu axtarışa vermişdisə, ona da təhvil verdik. Ümumiyyətlə sizə ilk dəfə belə bir söz açıqlayım ki, onu heç kəs təhvil almaq istəmirdi. O, 3 ölkənin vətəndaşı idi, lakin həmin ölkələrdən heç biri onu istəmirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə