Münaqişəni ATƏT yoxsa BMT həll edə bilər? ŞƏRH

Münaqişəni ATƏT yoxsa BMT həll edə bilər? ŞƏRH

"ATƏT-in Minsk qrupunun vəzifəsi birbaşa ora daxil olan ölkələrin təhlükəsizliyi məsələləri ilə məşğul olmaqdır. Bu baxımdan bu mandatın hanıs təşkilata verilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Əsas məsələ Dağlıq Qarabağ probleminin həll edilməsidir". Bunu SİA-ya deputat Aydın Mirzəzadə münaqişənin BMT çərçivəsində həllinə üstünlük verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, problemin həllində format deyil, mahiyyət önəmlidir: "Təsəvvür edin ki, münaqişənin həlli ilə bağlı BMT-də hər hansı bir qrup yaradıldı. Burada dünyanın aparıcı dövlətləri daxil olacaq. Əgər ABŞ, Fansa və Rusiya indiyədək Ermənistanı ATƏT çərçivəsində işğalçı adlandırmayıblarsa, bunu BMT-nin qrupu çərçivəsində edəcəklərinə inanmaq olarmı? Burada söhbət formatdan deyil, mahiyyətdən gedir. Beynəlxalq ictimaiyyət Ermənistanı öz adı ilə çağırmalı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə öz töhfəsini verməlidir".

A. Mirzəzadə söyləyib ki, Dağlıq Qarabağ məsələsinə biganəlik ümumilikdə dünyanın stabillik modelini böyük təhlükə altına qoyur: Vaxtilə terrora soyuq münasibət bəsləyən dövlətlərin özlərinin paytaxtlarında bu gün terror hadisələri baş verir. Kim zəmanət verə bilər ki, sabah Ermənistanın cəzasızlığı digər dövlətləri də bu hərəkətə sövq etməyəcək? Düzdür, ATƏT-in Minsk qrupu problemi həll edəcək vəziyyətdə deyil. Lakin bu mexanizmdən daha yaxşısı da ortada yoxdur. Bu baxımdan nə qədər zəif, vəzifəsinin öhdəsindən gəlməyən olsa da ondan istifadə etmək lazımdır. Düşünürəm ki, ATƏT-in 3 həmsədr dövləti Dağlıq Qarabağ münaqişəsinin həllinin məsuliyyətini daşıdıqlarını hər gün yada salmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə