Azərbaycan səfiri Argentina Prezidenti ilə görüşüb

Azərbaycan səfiri Argentina Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin Prezidenti Maurisio Makriyə təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, sonra keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina dövlətinin başçısına çatdırıb. Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Görüşdə səfir R.Aslanov Prezident Maurisio Makriyə ölkəmiz barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan ilə Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə