Aşot Manuçaryan: “Bu, hakimiyyətin total eşşəklik xarakteridir” “MÜHİTDƏN ÇIXMALIYIQ”

Aşot Manuçaryan: “Bu, hakimiyyətin total eşşəklik xarakteridir” “MÜHİTDƏN ÇIXMALIYIQ”

Ermənistanda keçiriləcək parlament seçkiləri iistiqamətində yaradılmış "Mənəvi Ermənistan" təşəbbüs qrupunun rəhbəri Aşot Manuçaryaın fikrincə, ölkədəki digər təşəbbüs qrupları ilə birləşmə prosesi gedir və yaxın günlərdə birgə fəaliyyət göstəriləcək. SİA xəbər verir ki, Manuçaryan bu barədə 1in.am saytına danışıb. O, qeyd edib ki, "Mənəvi Ermənistan" təşəbbüs qrupunun rəhbərinin fikrincə, ermənilərin birləşməsini nəzərdə tutan layihə barədə bütün partiyalara, təşkilatlara məlumat verilib. "Konsolidasiya hazırda bizim üçün imperativə çevrilib"-deyə qrupun rəhbəri bildirib.

Manuçaryanın sözlərinə görə, "Mənəvi Ermənistan" təşəbbüslərinə daha çox partiyaların qoşulmasında maraqlıdır: "Seçkilər bıçaqlaşma, pul, alçaldılma və qalmaqallar yarışına çevrilib. Mənim üçün seçkilər heç bir maraq kəsb etmir. Məni bir şey maraqlandırır-insanlar yeni cəmiyyət, yeni dünya yaratmağa hazırdırlarmı?"

O, əlavə edib ki, ütün partiyalarda insanlar var ki, onun bu təşəbbüsünə mane olurlar.

Samvel Babayanın həbsi məsələsinə də toxunan Manuçaryanın sözlərinə görə, hakim dairənin yarısı casus, yarısı da gözləri pul tutmuş adamlardan ibarətdir: "Bu, hakimiyyətin total eşşəklik xarakteridir. Belə ki, casuslar ölkəni ölümə aparan addımlar atırlar. Məhz bu cür eşşəklik mühitindən çıxmaq üçün hələ də gec deyil, eləcə də Serj Sarkisyan üçün".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə