“Seçkilər Ermənistanın siyasi sistemində köklü dəyişikliklər yaradacaq” MÜNASİBƏT
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayana qədər həm sərhəd, həm də təmas xəttində gərginlik qalmaqda davam edəcək". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

"Son günlər gərginliyin Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqələndirilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, belə əlaqənin olması mümkündür. Çünki seçkilərin nəticəsi hansı siyasi partiya və yaxud siyasi blokun hakimiyyətə gəlməsini təmin edəcək. Ona görə də hazırda hərbi xunta rejimi başçısı S.Sarkisyanın mənsub olduğu siyasi partiyanın daha cox səs qazanması üçün cəbhə xəttində gərginlik yaratmaq yaxud hansısa kiçik bir uğur ələ etməklə bunu ermənistan cəmiyyətinə aprel döyüşlərinin revanşı kimi təqdim etməyə çalışırlar. Elə Sərkisyanın son vaxtlarda Rusiya və Avropa ölkələrinə etdiyi siyasi turizm dilənçiliyi də həmin ölkələrdən dəstək almağa hesablanmışdı"- deyə, millət vəkili edib.
H.Babaoğlu əlavə edib ki, bu seçkilər bütövlükdə Ermənistanın siyasi sistemində köklü dəyişikliklər yaradacaq o zaman seçkinin nəticələrinin seçkidə iştirak edən hər bir siyasi təşkilatlanma üçün nə qədər əhəmiyyətli olduğu ortaya çıxar: "Məsələ ondadır ki , 2 aprel seçkilərindən sonra Ermənistan parlamentli respublikaya çevriləcək və ali icraedici hakimiyyətin başında prezident deyil baş nazir dayanacaq. Baş nazirin kim olması isə növbəti mərhələdə kimin prezident seçilməyində həlledici rol oynayacaq. Ona görə də hazırda bu işğalçı ölkənin daxili vəziyyəti belə gərgindir. Status -kvo məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu çox təhlükəli vəziyyətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransaya səfəri zamanı bir daha qətiyyətlə vurğuladı ki, status -kvo qəbuledilməzdir. Eyni fikri Fransa prezidenti də təkrar etdi. Çünki güclənən Azərbaycan status-kvonu dəyişmək, öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən məqbul vasitədən istifadə edə bilər. Bu isə erməniləri və ermənipərəstləri həmişə vahiməyə salır. Münaqişənin yenidən real hərbi müstəviyə keçməsi isə Ermənistan və onun havadarları tərəfindən heç də arzuolunan senari deyil. Ona görə də işğalçı Ermənistan ən qısa zamanda işğal etdiyi torpaqlardan çıxmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB