Yaponiyada qar uçqunu faciəsi Məktəblilər həlak olub

Yaponiyada qar uçqunu faciəsi Məktəblilər həlak olub

Yaponiyanın Nasu şəhəri rayonunun dağ xizəyi kurortunda qar uçqunu nəticəsində ən azı 6 nəfər məktəbli uşaq həlak olub. Həmçinin, itkin hesab edilən 3 nəfər uşağın da axtarışları davam edir. Daha 3 nəfər isə ağır yaralanıb. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Hadisə ilə bağlı Yapon hökumətində fövqəladə qərargah yaradılıb. Axtarış tədbirləri həmin qərargahdan idarə ediləcək. Axtarışlara silahlı qüvvələr də cəlb olunub.

Qar uçqunu zamanı ərazidə 50 nəfər yuxarı sinif şagirdləri olmaqla 70 nəfər insan olub. Onlar qayaya dırmanma və dağa çıxma idman yarışması üzrə instruktorlarla birgə məşğələlər keçirdilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə