“Seçkilər cəllad Sarkisyanın hakimiyyətdə qalmasına hesablanıb” AÇIQLAMA

“Seçkilər cəllad Sarkisyanın hakimiyyətdə qalmasına hesablanıb” AÇIQLAMA

"Ermənistan parlamentinə aprelin 2-də seçkilər keçirməkdə Sarkisyanın məqsədi siyasi oyunların rəsmiləşdirilməsindən ibarətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Sarkisyanın prezidentlik müddəti bitir: "Yeni konstitusiyaya görə 2018-ci ildən Ermənistanda parlament hakimiyyəti əsas olacaq və Sarkisyanın yenidən prezident seçilmək hüququ olmadığına görə baş nazir kimi hakimiyyətini əlində saxlamaq istəyir. Baş nazir və nazirləri parlament üzvləri seçəcək və indiki ölkəni idarəetmək və ali baş komandanlıq hüquqları da baş nazirin səlahiyyətində olacaq. Düşünürəm ki, bu seçki cəllad Sarkisyanın hakimiyyətdə qalmasına hesablanıb. Seçki dünya ictimaiyyəti və erməni xalqının gözünə kül üfürmək üçün keçirilən formal siyasi bir oyundur. Düşünürəm ki, Sarkisyan rejimi hakimiyyətdə qaldıqca, Ermənistanda heç zaman firavan həyat olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə