Mari Li Pen: “Avropa İttifaqının sayılı günləri qalıb, o kimsəyə lazım deyil” HƏDƏFDƏ ALMANİYADIR
Fransa prezidentliyinə namizəd, ölkə sağçılarının lideri Marin Li Pen növbəti dəfə səs-küylü bəyanatı ilə yadda qalıb. Belə ki, "Milli cəbhə" partiyasının xanım rəhbəri Lilldə tərəfdarları arasında keçirdiyi mitinqdə rəqibləri Emmanuel Makronu və Fransua Faiyonu Avropa İttifaqına görə ölkəni satmaqda ittiham edib. SİA "Rossiya 24" telekanalına istinadən xəbər berir ki, Li Penə görə, artıq "qlobalistlərin darmadağın edilmələrinin vaxtı çatıb".
"Avropa İttifaqı artıq heç kimə lazım deyil. Onun sayılı günləri qalıb"-deyə qeyd edən sağçı və millətçi lider Almaniyanı da hədəfə almağı unutmayıb. O, vurğulayıb ki, Almaniya Avropa İttifaqı çərçivəsində digər ölkələrə qarşı öz iradəsini sırımağa çalışır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB