Sarkisyan xalqı bu "BTR"lərlə əzəcək FOTOFAKT+VİDEO

Sarkisyan xalqı bu "BTR"lərlə əzəcək FOTOFAKT+VİDEO

Ermənistan hökumətinin növbəti iclaslarının birində gizli saxlanılması məqsədilə daha bir məsələ müzakirə olunub. SİA xəbər verir ki, bu barədə ermənilərin 1in.am saytı yazıb. Məlumata görə, sirr saxlanılan məsələlərdən biri polis xüsusi təyinatlılarının əlavə 8 ədəd "BTR" tipli zirehli texnika almasıdır.

Erməni saytı polisin mətbuat xidmətinin sözügedən məsələ ilə bağlı hər hansı bir informasiya verməkdən imtina etdiyini yazaraq qeyd edir ki, qarşı tərəf bunun hökumətin kompetensiyasında olduğunu bildirib.

Sayt sual edir ki, nəyə görə polis məhz parlament seçkiləri ərəfəsində 8 ədəd zirehli texnikaya yiyələnmək qərarına gəlib. Bununla bağlı hüquq müdafiəçisi Artur Sakuntsa müraciət olunub və o da öz növbəsində deyib ki, burada çətin anlaşılacaq heç nə yoxdur, sadəcə hakimiyyət seçkiöncəsi və seçkisonrası mümkün hadisələrin inkişafına hazırlaşır.

"Hakimiyyət çox əla anlayır ki, cəmiyyətdə narazılıq yaşanır və xüsusilə protest kütləsi çox böyükdür. Bu baxımdan, onların (hakimiyyətin-red.) resursları buna müvafiq cavab verməlidir. Ona görə də öz arsenallarını artırırlar"-deyə erməni hüquq müdafiəçisi bildirib.

Artur Sakuntsun sözlərinə görə, hakimiyyət xalaq qarşısında heç bir inamının və etibarının qallmadığını anlayır, ona görə də ən az səs belə əldə edəcəyinə inanmır. "Bu baxımdan, onlar çox böyük falsifikasiyalara və saxtakarlıqlara getməyə hazırlaşırlar ki, xonda "qələbələrini" nümayiş etdirsinlər. Yəni saxtakarlıqlar nəhəngliyi ilə seçilərsə və protestçi kütlə də nəhəngləşəcəksə bu zaman hakimiyyət özünü sığortalamalıdır"-deyə Sakunts əlavə edib ki, o rejimin yenidən 2008-ci ilin 1 mart hadisələrinə bənzər addıma gedəcəyinə də inanmır.

"Hazırda Serj Sarkisyan 2008-ci ildəki etibarına və resurslarına malik deyil ki, aşırı güc tədbiq etsin. Lakin hədələr, insanları qorxutmaq halları, əzilmələr və döyülmələr baş verəcək"- erməni hüquq müdafiəçisi bildirib.

Videoya baxmaq üçün bu linkdən daxil ola bilərsiniz

http://ru.1in.am/1185132.html

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə