Paruyr Ayrikyan: "Bu hakimiyyətdən hər nə desən gözləmək olar" BABAYANIN HƏBSİ
"Hesab edirəm ki, əgər bu təxribatdırsa, çox qısa müddətdə aşkara çıxarılacaq, çünki biz bolşeviklərin zamanında yaşamırıq ki, kimisə həbs edib bütün dünyadan izolə edəsən, hansı ki, mənə qarşı bu cür vasitələr dəfələrlə tədbiq edilib". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın 1in.am saytına erməni müxalifətçisi Paruyr Ayrikyan "dqr"in sabiq komandanı Samvel Babayanın kontrabanda yolu ilə Gürcüstandan Ermənistana "İqla" tipli zenit-raket kompleksini keçirməsi və hərbi qiyama hazırlaşması ilə bağlı həbsini şərh edərkən deyib.
Ayrikyan bildirib ki, vəkil var və o Babayanla görüşdükdəən sonra hər şeyi deyəcək: "Mən bu barədə hər hansı bir şərh verməyəcəyəm, çünki kifayət qədər informasiyam yoxdur. Həmçinin, mənim üçün milli təhlükəsizlik xidmətinin də bəyanatı yetərli deyil. Mən eyni zamanda Samvel Babayanın da fikirlərini eşitməliyəm, heç olmasa vəkili vasitəsilə...".
"Bu hakimiyyətdən hər nə desən gözləmək olar. Hakimiyyət ona təhlükə yaradacaq bütün insanlardan ehtiyat edir"-deyə müxalifətçi bildirib.
Xatırladaq ki, bir neçə il öncə Ermənistanda keçirilmiş prezident seçkilərində Pauyr Ayrikyana qarşı silahlı sui-qəsd edilmişdi və o yaralanmışdı. Ayrikyan bu məsələdə Sarkisyan iiqtidarını ittiham etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB