İraq ordusu Mosul şəhərinin Qərb hissəsinin azad olunması istiqamətində apardığı hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. SİA-nın məlumatına görə, bu barədə "Rossiya 24" telekanalı bildirir. Qeyd olunur ki, əməliyyatların dayandırılmasına səbəb mülki insanların kütləvi şəkildə həlak olmasıdır. Belə ki, İraqın hərbi komandanlığı mövcud taktikalarına yenidən baxmağa və yeni operativ planlar işləməyə başlayıb.
Ötən cümə axşamı günü isə Qərb koalisiyasının aviazərbələri nəticəsində Mosulun terrorçuların nəzarətində olan hissəsində girov qalaraq canlı divar rolunu oynayan 230 dinc sakin həlak olub.
BMT-nin rəsmi hesablamalarına görə isə fevral ayının ortalarından başlayaraq bənəzər hava zərbələri nəəticəsində 4 mindən artıq dinc insan həyatını itirib, 22 min mülki şəxs isə yaralanıb.
Maraqlıdır ki, aviazərbələr nəticəsində "İslam Dövləti" terror təşkilatının üzvləri kifayət qədər az itki verib və bunu sübut edən amillərdən biri də terrorçuların hələ də Mosulda öz mövqelərini saxlamalarıdır. Humanitar təşkilatlar Mosulda insanlıq faciəsinin yaşandığını qeyd edirlər.
"Digər tərəfdən, silahlıların nəzarətində olan ərazilərdə 600 min iraqlı girov qalmaqdadır. Humanitar yardım, qida və su həmin ərazilərə çatdırılmır. BMT və beynəlxalq ekspertlər Mosulda humanitar bəlanın yaşandığını bəyan edirlər"-deyə sözügedən məlumatda bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB