Litvanın prezidenti Dalya Qribauskayte "Foreign Policy" dərgisinə verdiyi müsahibsində Rusiya təhlükəsindən danışıb. SİA "RİA Novosti" saytına istinadən xəbər verir ki, Qribauskayte Kalininqradda rusiyalılara məxsus silahlı qüvvələrin mövcudluğunu nəninki Litva üçün, o cümlədən bütövlükdə Avropa üçün təhlükə olduğunu hesab edir.
"Orada raketlər yerləşdirilib və onlar nüvə başlıqları daşıya bilər. Bu, yalnız Baltikyanı ölkələr üçün hesablanmayıb"-deyə litvalı prezident bildirib.
Qribauskayte hətta ABŞ-a minnətçi düşərək bu ölkəni "dünya arenasından çıxmamağa" səsləyib və Şərqi Avropanın havadan müdafiəsini gücləndirməyə dvət edib.
"Əgər ABŞ yerləşdiyi kontinentdən başqa digərlərindən kənarda qalacaqsa bu zaman həmin məkanı Rusiya tutacaq"- Qribauskayte bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB