Arxeoloqlar Çinin Sıçuan vilayətindəki axar çayın dibində 10 min qızıl, gümüş və bürüncdən ibarət qədim əşyalar tapıblar. SİA xəbər verir ki, bu barədə "sinxua" agentliyi məəlumat yayıb.
Tapılanlar əşyalar arasında sikkələr və zərgərlik məmulatları, eləcə də dəmir qılınclar, bıçaqlar, nizələr var.
Xəzinənin dəqiq tapıntı yeri Sıçuan vilayətindən 50 km. aralıda yerləşən Mintzyan və Tsintzyan çaylarının qovuşduğu məkan göstərilir.
Ehtimal edilir ki, xəzinə 1646-cı ildə kəndli qiyamının rəhbəri Çjan Syançjunun cənuba qaçışı zamanı itirilib. Həmin tarixdə kəndli qiyamını Çində hakimiyyəti ələ alan Tsin dinastiyası yatırmaa müvəffəq olub.
Bəzi mənbələrə görə, çayların qovuşduğu yeri keçən zaman 1000-ə qədər xəzinələrlə dolu olan qayıq sulara qərq olub.
Xəzinələrin axtarışı yanvar ayından başladılıb və çayların dibinin təmizlənməsi üçün arxeoloqlar nasoslardan istifadə ediblər. Nəticədə tarixi tapındı aşkarlanıb.
Alimlərin sözlərinə görə, tapılan əşyalar gözəl vəziyyətdə qalıb. Hətta onların üzərində yazılar və həkk olunmuş naxışlar da seçilir. Xəzinə Min dinastiyasının (1368-1644) zamanına təsadüf edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB