Yəmən hökumətinə qarşı çıxaraq qiyam edən Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ballistik raket atdıqlarını iddia ediblər. SİA Türkiyənin "Sabah" qəzetinin internet saytına istinadən xəbər verir. Belə ki, Husilərin nəzarətində olan "SABA" informasiya agentliyinin adı açıqlanmayan hərbi qaynaqlara istinadən verdiyi xəbərində Yəmən sərhədlərinə min kilometr məsafədən Səudiyyə Ərəbistanının paytaxtında yerləşən Salman hərbi aerodromuna "Burkan-2" ballistik raket atıldığı bildirilir.
Sözügedən xəbərdə raketin hədəfə çatdığı və nəticədə düşdüyü ərazidə böyük dağıntılara və əsgər ölümünə səbəb olduğu xüsusilə vurğulanır.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, koalisiya qüvvələri tərəfindən bununla bağlı heç bir təsdiq, yaxud inkar xəbəri verilməyib.
Xatırladaq ki, ötən həftə də eyni iddia gündəmə gəlmişdi və Husi qiyamçılarının ballistik raketlə hücum etdiyi bildirilmişdi. Lakin həmin vaxt koalisiya gücləri raketin havadaca məhv edildiyini demişdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB