Deputat: "Binaların üzlənməsi layihəsi yarımçıq həyata keçirilir"

Deputat: "Binaların üzlənməsi layihəsi yarımçıq həyata keçirilir"

"2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibə təkcə hökumətin, dövlətin deyil, eləcə də millətimizin həyatına bağlı ən mühüm hadisədir. Ona görə də hökumətin hesabatı ilə bağlı fikir söyklədikdə bu məqamı unutmaq olmaz. Çünki, Silahlı Qüvvələr parlament qarşısında hesabat vermirlər". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edərkən deyib.

Azərbaycanın investisiya qoyulan ölkəyə çevrildiyini deyən deputat 2016-cı ili bütövlükdə mürəkkəb il kimi qiymətləndirib.

Z.Oruc çıxışı zamanı binaların üzlənməsi ilə bağlı məsədən danışıb: "Binaların üzlənməsi çox yaxşı layihədir. Bu, hər bir ailəyə qoyulan investisiyadır. Dövlət bunu ən humanist, sosial məramla düşünüb. Lakin gəlin görək bunlar necə həyata keçirilir? Binanın yola baxan hissəsi təmir olunur, lakin qalan hissəsi olduğu kimi qalır".

Ötən illlərin devalvasiya məsələsinə görə, 100 minlərlə insan məhkəmlərdə çəkişdiyini dilə gətirən deputat qeyd edib ki, Mərkəzi Bank zamanında manatın saxlanmasına külli miqdarda pul xərcləməməliydi: "Zamanında Mərkəzi Bank öz rezervində olan 15 milyarddan 10 milyard dollarını xərcləyərək rezervlər 4.2 milyard dollara qədər düşdü. Amma yenə də valyutanın kursununu saxlamaq mümkün olmadı. Belə olmasaydı hazırda vətəndaşlar indiki vəziyytədə olmazdılar".

Z.Oruc söyləyib ki, manatın kəskin şəkildə ucuzlaşmasına səbəb təkcə neft deyil: "Bizdə istehsal olunan yağın 40, bitki yağlarının 85, şəkər məhsulalrının 95, makaron və un məmulatlarının 50, şirniyyat məmulatlarının isə 55 faizi xaricdən gəlir. Hansı ki, bunun mühüm hissəsini Azərbaycanda yaratmaqla yüksək gəlir əldə etmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə