Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bazarlardakı bahalaşma ilə bağlı məsələni parlamentin bugünkü iclasında iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb. SİA-nın xəbərinə görə, Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edən deputat söyləyib: "Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq "qızıl təbəqə" adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var".
Deputat onu da bildirib ki, "Sovetski" ərazisində yollar təmir adı altında dağıdılıb.
"Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB